“Çelsi”nin skautları Vernerlə Dembeleni izlədi

“Çelsi”nin skautları Vernerlə Dembeleni izlədi
XƏBƏR 11 Dekabr 2019 / 16:45 2524
-  A +

“Çelsi” qış transfer pəncərəsində heyətini gücləndirmək üçün futbolçu axtarışındadır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” “Lion”un hücumçusu Musa Dembele və “Leyptsiq”in hücumçusu Timo Verneri transfer etmək istəyir.

Komandanın skautlarının ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən “Lion” - “Leyptsiq” matçında oyunçuları izlədiyi bildirilib.


Son xəbərlər