"İstər Bakıda, istərsə də Londonda..."

"İstər Bakıda, istərsə də Londonda..."
XƏBƏR 9 Dekabr 2019 / 11:29 3259
-  A +

İsveçrə millisinin futbolçusu Manuel Akanci Avro-2020-nin final mərhələsi barədə danışıb.

Qol.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan Dortmund "Borusiya"sının müdafiəçisi  Avropa çempionatının matçlarının Bakıda və ya Londonda keçirilməsinin fərqinin olmadığını deyib: "Çox yaxşı qrupdayıq. Seçmə mərhələdəki 10 qələbədən sonra İtaliya yığması favoritdir. Ancaq irəliləmək üçün yaxşı şanslarımız var. Bu da istəyimizdən asılıdır. Əlbəttə, optimal qrup deyil. Ancaq mənim üçün fərqi yoxdur, öz oyunumuzu oynamalı və qalib gəlməliyik. İstər Bakıda, istərsə də Londonda".

Qeyd edək ki, İsveçrə, İtaliya, Türkiyə və Uelsin yer aldığı A qrupunun oyunları Roma və Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər