Ronaldonun oğlu ən yaxşı hücumçu seçildi

Ronaldonun oğlu ən yaxşı hücumçu seçildi
DÜNYA FUTBOLU 9 Dekabr 2019 / 10:30 3017
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun oğlu Turin klubunun U-9 komandasının heyətində iştirakçısı olduğu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, turnirdə  3 qol vurub. 9 yaşlı kiçik Ronaldonun komandası finalda “Kyeri”yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.

Qeyd edək ki, Kriştiano Ronaldo 2018-ci ilin yayından “Yuventus”da oynayır. Onun oğlu da həmin vaxtdan İtaliya klubunun akademiyasına qoşulub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord