Nazim Süleymanov daha bir şəhərdə təşkilat yaratdı

Nazim Süleymanov daha bir şəhərdə təşkilat yaratdı
XƏBƏR 8 Dekabr 2019 / 12:38 2219
-  A +

Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının nümayəndələri Şirvana səfər edib.

Qol.az xəbər verir ki, səfərin məqsədi Şirvanda itifaqın yerli təşkilatını yaratmaq olub.

Qurumun sədri Nazim Süleymanov, üzvləri, Səmadağa Şıxlarov və Novruz Əzimovun iştirak etdiyi iclasda Tahir Əliyev yerli futbol ictimaiyyətinin səsverməsi ilə Şirvan şəhəri üzrə təşkilatın rəhbəri seçilib.

Tahir Əliyev keçmiş SSR dövründə məşhur turnirlərdən hesab olunan "Dəri topu" yarışının qalibi olub. Nazim Süleymanov deyib ki, bununla da bölgələr üzrə yaradılan təşkilatın sayı 4-ə çatıb və yaxın günlərdə Sumqayıtda da analoji addım atılacaq.

Qurum indiyə qədər İmişli, Masallı və Lənkəranda yerli təşkilatlar yaradıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı