"Sumqayıt"la 31-ci duel

"Sumqayıt"la 31-ci duel
XƏBƏR 7 Dekabr 2019 / 16:59 2304
-  A +

Sabah Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısı başa çatacaq.

Qol.az “Qəbələ” 2019-cu ildəki son  çempionat oyununda “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın səfər matçı bu rəqiblə 31-ci görüş olacaq.

İndiyədək komandalar 30 dəfə münasibətlərini aydınlaşdırıb. Bu oyunlarda “Qəbələ” böyük üstünlüyə malikdir. 18 qələbə qazanan komandamız 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən “qırmızı-qaralar” 23 qol buraxıb. “Sumqayıt”la matçların ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.

“Qəbələ” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə 29 dəfə çempionat, 1 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 18 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komanda 23 qol buraxıb.

“Qırmızı-qaralar” 15-ci dəfə “Sumqayıt”ın qonağı olacaq. Səfərdəki 14 matçda komandamız 6 qələbə qazanıb, 5 heç-heçə edib. Yalnız 3 dəfə uduzan “Qəbələ” top fərqində də üstündür. 21 qol vuran futbolçular 14 top buraxıblar.

Xatırladaq ki, sabah “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qəbələ”  matçı saat 15:00-da başlayacaq (gabalafc.az).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord