"Keşlə"nin futbolçusu Stanislav Namaşko Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Biz oyundan əvvəl bilirdik ki, hansı komanda ilə oynayacağıq və çətin olacaq. 1 xal qazandığımız üçün təbii ki, sevinirik. Oyuna 3 xal üçün kökləndiyimizi gizlətmirəm. Amma 1 xal da yaxşı nəticədir. Həm qalib gələ bilərdik, həm də uduza bilərdik.
- Bəzi aparıcı oyunçularınız matçda yox idi. Necə düşünürsünüz, onlar meydanda olsaydı, "Keşlə" qələbə ilə ayrıla bilərdi?
- Nəsə demək çətindir. Bu gün onların əvəzinə meydana çıxan oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. 1 xal qazandığımza görə şadıq. "Qarabağ"la qarşılaşdığımızı yaxşı başa düşürdük.
- İkinci qolu buraxanda etiraz edirdiniz. Hətta, hakimin yanına da getdiniz. Topun qapı xəttini keçmədiyini düşünürdünüz?
- Mən hakimə etiraz etmədim. Sadəcə həmin an əmin idim ki, top qapı xəttini keçməmişdi. Bunu hakimə bildirdim. Sonra mənə dedilər ki, top xəttini keçmişdi. Buna görə də ikinci hissə başlayanda hakimdən üzr istədim. Adətən, belə şeyləri özümə sığışdırmıram. Hakimlərə heç vaxt yaxınlaşıb, etirazımı bildirmirəm. Amma həmin vaxt emosiyalara qapılmışdım.
- Qarşıda "Qarabağ"la kubok oyunlarında 2 dəfə qarşılaşacaqsınız. Ümumiyyətlə, eyni rəqiblə qısa vaxt ərzində bu qədər oynamaq darıxdırıcı olmur?
- Əlbəttə, olur. Daha fərqli komandalarla qarşılaşmaq istəyərdik. Çempionat belədir ki, əlimizdə olanla kifayətlənməliyik. "Qarabağ", "Neftçi" kimi komandalarla oynamaq həm bizim, həm də gənc futbolçular üçün motivasiyadır.
- "Keşlə" mövsümün ilk hissəsini 2 və ya 3-cü pillədə başa vuracaq. Bu nəticə komandanı qane edirmi?
- Çempionat bizim üçün çətindir. Çünki hələ mayın sonuna qədər çox vaxt var. Amma bizim mövsüm başlamamışdan əvvəl qarşımıza qoyulan məqsəd ilk 3-lüyə düşməkdir. Hər bir matça xal toplamaq üçün çıxırıq. Nə qədər alınacaq, bunu ancaq may ayında deyə bilərik. İndidən nə isə demək bir az çətindir. Bəlkə də yığdığımız xal bizi qane edir. Bir az çox da ola bilərdi, az da. Amma hal-hazırki mövqeyimiz bizi tamamilə qane edir. Bu gün avrokuboklara vəsiqə vermirlər. Bizə lazım olan may ayına qədər nə qədər xal toplayacağımız, çempionatı neçənci yerdə başa vuracağımızdır.
- Moldova yığmasında baş məşqçi dəyişikliyi olub, bu vəzifəyə türkiyəli mütəxəssis gətirilib. Yenidən milliyə qayıdışın baş tuta bilər?
- Məndə olan məlumata görə, bu gün mənim namizədləyim yoxdur. Hazırkı millidə məni nəzərə almırlar. Niyə? Bunu onlara sual versəniz daha yaxşı olar. Hər halda yeni baş məşqçi var, qərarları da o verir.
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi
Ronaldo 2,2 milyon dollarlıq "Ferrari"si ilə - Video