Vüqar Nadirov məşqçilik kurslarında - Şəkillər

Vüqar Nadirov məşqçilik kurslarında - Şəkillər
XƏBƏR 3 Dekabr 2019 / 13:20 3348
-  A +

“Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində növbəti C kateqoriyalı məşqçi kursuna start verilib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, İlham Əzizzadə və Vüqar Əsgərlinin rəhbərliyi ilə keçirilən kurslarda milli komandamız və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov da iştirak edib.

Kursun birinci mərhələsinə dekabrın 6-da yekun vurulacaq. İkinci mərhələ dekabrın 9-dan 12-dək, yekun mərhələ isə dekabrın 16-dan 20-dək keçiriləcək.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər