Mourinyo topdaşıyan uşağa təşəkkür etdi – Şəkillər + Video

Mourinyo topdaşıyan uşağa təşəkkür etdi – Şəkillər + Video
DÜNYA FUTBOLU 27 Noyabr 2019 / 13:28 5767
-  A +

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo dünən Çempionlar Liqasının “Olimpiakos”a qarşı keçirilən oyununda (4:2) bolboya (topdaşıyan uşaq) təşəkkür edib.

Qol.az xəbər verir ki, bolboy autu başlamaq üçün topu dərhal Serju Oryeyə atıb. Bundan sonra “Tottenhem” hesabı bərabərləşdirib (2:2).

“Mən ağıllı bolboyları çox istəyirəm. Özüm də elə olmuşam. Bu uşaq əla idi. O, oyunu oxudu, hər şeyi başa düşdü və vacib qol ötürməsi etdi. Bu, onun üçün vacib andır. Bunu heç vaxt unuda bilməyəcək” – deyə matçdan sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis bildirib.

Xatırladaq ki, “Tottenhem” 0:2 hesabı ilə geri olduğu oyundan 4 qol vuraraq vacib qələbə qazanıb (4:2).








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı