Superliqa klubunda ilk qadın prezident

Superliqa klubunda ilk qadın prezident
DÜNYA FUTBOLU 22 Noyabr 2019 / 19:47 6337
-  A +

Türkiyə Superliqa təmsilçisi "Kayserispor"da prezident dəyişikliyi olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kayseri təmsilçisinin prezidenti Hamdi Elcuman noyabrın 30-u keçirilməsi planlaşdırılan seçkilər öncəsi vəzifəsindən istefa verib. Klubun idarə heyətinin qərarı ilə onu qadın namizəd Berna Gözbaşı əvəzləyib.

O, ilk qadın prezident kimi Superliqa tarixinə düşüb.

Qeyd edək ki, "Kayserispor" 11 turdan sonra 7 xalla sonuncu - 18-ci yerdə qərarlaşıb.

 


Son xəbərlər