Türk ordusuna dəstək oldu - Klubundan göndərildi

Türk ordusuna dəstək oldu - Klubundan göndərildi
DÜNYA FUTBOLU 21 Noyabr 2019 / 22:44 5996
-  A +

Almaniyanın “Sankt Pauli” klubu türkiyəli futbolçusu Enver Cenk Şahinlə müqaviləni ləğv edib.
 
Qol.az 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, 25 yaşlı futbolçu Türkiyənin Suriyadakı "Barış pınarı" hərəkatına dəstək olduğu üçün ötən ay heyətdən kənarlaşdırılmışdı. Oyunlarda və məşqlərdə iştirak etmək hüququndan məhrum edilən yarımmüdafiəçi isə Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdı. Enver Cenk Şahin formada qalmaq üçün yetirməsi olduğu “Başakşəhər”in düşərgəsində məşqlər edirdi.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord