Mourinyo təyinatı haqda - "Heç vaxt bu qədər sevinməmişdim"

Mourinyo təyinatı haqda -  "Heç vaxt bu qədər sevinməmişdim"
DÜNYA FUTBOLU 21 Noyabr 2019 / 00:40 6674
-  A +

“Mübarizəyə başlamağı səbirsizliklə gözləyirəm. Daha öncə bu qədər sevinməmişdim. Hər zaman “Tottenhem”in yaxşı potensiala sahib olduğunu açıqlamışam”.

Qol.az xəbər verir ki, bu sözləri “Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyo klubun saytına açıqlamasında deyib.

Təyinatı ilə bağlı danışan portuqaliyalı mütəxəssis “Tottenhem”in gənc və perspektivli heyəti olduğunu və belə bir komanda ilə işləməyi xoşladığını bildirib: “Avropadanın bütün klublarının hədəfində olan futbolçuları saxlamaq asan iş deyil. Buna görə də klubu təbrik etmək lazımdır. Həqiqətən də bu heyəti sevirəm. Sizə hansısa futbolçunun adını xüsusi deməyəcəm, çünki mənim iş tərzimə uyğun deyil. Komandanın birliyini sevirəm. Hər məşqçi gənclərlə çalışmağı sevir. Dünyada inanmıram ki, hansısa məşqçi bunu xoşlamasın. Gəncləri inkişaf etdirməyi hər kəs xoşlayır. “Tottenhem”in tarixinə baxanda bunu yaxşı bacardığını görürük. Yeni stadionumuz da çox gözəldir. Dünyanın ən yaxşı stadionlarından birinə sahibik”.

Xatırladaq ki, Mourinyo London klubu ilə 3,5 illik müqavilə imzalayıb.

Son xəbərlər