"Azərbaycanın daha sıx oynayacağını, müdafiədə qalacağını, fasilələrlə hücuma çıxacağını və standart vəziyyətləri gözləyəcəyini bilirdik. Bizi rahatlaşdıran qolu vurduq. Ancaq fikrimcə, həmin top komandanı həddən artıq sakitləşdirdi".
Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.
Yerli mətbuata müsahibə verən çexiyalı mütəxəssis Avro-2020-nin seçmə mərhələsində yığmamıza qalib gəldikləri oyundan (2:0) da danışıb. O, yığmamız üzərində qələbənin final mərhələsinə vəsiqə üçün yetərsiz olduğuna təəssüfləndiyini bildirib:
"İkinci hissənin əvvəli istənilən oyunu göstərmədik. Yəqin ki, Uelsdən gələn xəbər oyunumuza təsir etdi. Azərbaycan bərabərlik topu üçün böyük şans yaxalasa da, ikinci qolu da biz vurduq. Həmişə demişəm ki, nisbətən zəif rəqiblə oynasan belə, onlar yenə də bir qol şansı qazanacaq. Azərbaycan da bunu etdi. Dubravka komandamızı qurtardı və müsbət nəticənin əsas səbəbkarı oldu. Qələbə vacib idi. Seçmə mərhələyə azarkeşlərimizin önündə qalibiyyətlə yekun vurduq. Qrup ikinciliyini əldə edə bilmədiyimiz üçün məyusuq".
P.Hapal matçın ikinci hissəsində azarkeşlərin komandanı fitə basmağna da münasibət bildirib: "Bəli, 3:0 və ya 4:0 hesabı ilə qalib gəlməyəndə insanlar əsəbi olur. Təəssüf ki, seçmə mərhələdən şansımızı itirdik. Qələbə qazansaq da, azarkeşlərin bu hərəkətini başa düşürəm. İnsanları şənləndirməyə və həvəsləndirməyə üstünlük verərdim. Hamı düşünürdü ki, Azərbaycan gələcək, ona 5 qol vuracağıq və xoşbəxt olacağıq. Təəssüf ki, belə deyil. Onlar səfərdə çox qol buraxmırlar. Hətta Xorvatiya belə, Azərbaycan önündə çətinlik çəkib".
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır