Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda Slovakiyaya 0:2 hesablı məğlubiyyəti şərh edib. Xorvatiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:
- Slovakiya yığmasını layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə onlar üçün yetərli olmadı və indi AÇ-yə çıxmaq üçün Millətlər Liqasında mübarizə aparacaqlar. Xeyli problemlərimiz var idi. Zədəlilərdən savayı, Eddi də fasilədə əvəzlənməsini istədi. İkinci hissədə Elvin Camalov meydana daxil oldu və fikrimcə, yaxşı oynadı. İlk 45 dəqiqədə topa nəzarət edə bilmirdik. Fasilədən sonra oyunumuz daha yaxşı alındı. Hətta 82-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, istifadə edə bilmədik. Ardınca isə biz qol buraxdıq. Hər şeyə görə, təşəkkür edirəm.
- Şəhriyar Rəhimovun hansı xüsusiyyəti sizi cəlb edir ki, hər dəfə milliyə cəlb edirsiniz?
- Onun taktiki keyfiyyətləri məni razı salır. O, Slovakiyaya qarşı oynamağa layiq idi.
- İsrafilov nə ilə yadda qaldı? Nəzərə alsaq ki, o, toplanışa yalnız dünən qoşulub, bu, düşərgədə olan futbolçulara qarşı haqsızlıq deyil?
- Sizi anlayıram, amma o, fiziki baxımdan ən yaxşılar sırasındadır. Ancaq fasilədə özü müraciət edib bildirdi ki, emosional baxımdan özünü pis hiss edir və onu əvəzləməli olduq.
- Fasilədən dərhal sonra Renatı meydana buraxmaq daha yaxşı olmazdımı? Emin Mahmudova nəyə görə son iki oyunda da şans tanımadınız?
- Hər dəyişikliyi izah etməli olsaq, çox vaxt gedər. Fasilədə əvəzetmə etmək fikrində deyildik. Emini də oyuna salmaq istəyirdim. Hətta ona tapşırdım ki, hazırlaşsın da. Ancaq oyunun gedişatı Təmkinə daha böyük zərurət yaratdı. Eminə ən azı 30 dəqiqə şans vermək niyyətində idim, amma fasilədəki əvəzetmə bu planları təxirə saldı.
- Bu seçmə mərhələni bir cümləylə necə ifadə edə bilərsiniz?
- Ətraflı təhlil üçün 2-3 həftəlik zamana ehtiyac var. Bir xalla mən də xoşbəxt deyiləm. Ancaq razı qaldığım odur ki, milliyə xeyli gənc futbolçu gəldi. Keyfiyyətli rəqiblərlə oynadıq, bir çoxunda xala yaxın olduq (Report).
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video