"Real"ın futbolçu üç həftə oynamayacaq

"Real"ın futbolçu üç həftə oynamayacaq
DÜNYA FUTBOLU 18 Noyabr 2019 / 21:59 1915
-  A +

"Real"ın zədəli futbolçusu Xames Rodriqes tibbi müayinədən keçib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kolumbiya millisinin düşərgəsində zədələnən yarımmüdafiəçinin sol diz bağlarında problem aşkarlanıb. Onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Xames La Liqada "Real Sosyedad" (23 noyabr), "Alaves" (20 noyabr) və Çempionlar Liqasında PSJ (26 noyabr) ilə görüşləri buraxacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi