Valentin Xodukin Berti Foqtsa cavab verdi

Valentin Xodukin Berti Foqtsa cavab verdi
ÖLKƏ FUTBOLU 20 Noyabr 2008 / 16:54 4015
-  A +

«İnter» klubunun baş məşqçisi Valentin Xodukin milli komandamızın baş məşqçisi Berti Foqtsun dünənki mətbuat konfransında yığmanın üzvləri Elvin Məmmədov və Cavid Hüseynovla bağlı dediklərinə münasibət bildirib. Xatırladaq ki, Foqts Elvinlə Cavidin «İnter»də ehtiyat qalmasını başa düşmədiyini söyləmişdi. Xodukin isə Qol.Az-a açıqlamasında bildirib ki, Elvin Məmmədovla Cavid Hüseynov "İnter"də əsas heyətin oyunçuları olanda Foqts onları yığmaya çağırmışdı: «Dünənki oyunları yığma üçün normal idi. Amma "İnter" üçün zəif. Çünki komanda da onların mövqeyində oynayan daha güclu legionerlər var. Elə bilməyin ki, mən yerli futbolçularla düşmənçilik edirəm, xeyr. Mən yaxşı, hazırlıqlı futbolçunu heç vaxt ehtiyatda saxlamaram. Özüm özümün düşməni deyiləm ki? Baxın Samir Abbasova. Onu yerindən heç kim tərpədə bilməz. Legionerlər bura təzə gələndə elə bilirdilər ki, Azərbaycanda heç kim futbol oynaya bilmir. Amma rəqabətlə üzləşəndən sonra öz üzərilərində çalışmağa başladılar. Və gəlib yerliləri keçdilər. Mən əsas heyətə yalnız hazır oyunçuları daxil edirəm".

Kəmalə İSMAYILOVA

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı