Luis Enrikeylə danışıqlar başladı

Luis Enrikeylə danışıqlar başladı
DÜNYA FUTBOLU 10 Noyabr 2019 / 14:45 8096
-  A +

Premyer Liqanın 12-ci turunda “Lester”ə uduzan (0:2) və bu mövsüm uğursuz çıxışını davam etdirən “Arsenal” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Qol.az goal.com-a istinadən xəbər verir ki, London klubu fransalı Arsen Vengerlə yanaşı İspaniya millisi və “Barselona”nın sabiq baş məşqçisi Luis Enrikeylə də danışıqlar aparır.

Qeyd edək ki, 9 yaşlı qızının vəfatı səbəbi ilə Enrike bu ilin martından heç bir yerdə çalışmır.

Əlavə edək ki, hazırda İngiltərə liqasında 6-cı yeri tutan “Arsenal”ın yaxın vaxtlarda hazırkı baş məşqçisi Unai Emeri ilə yolları ayıracağı iddia edilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı