Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turunda "Qarabağ" səfərdə APOEL-lə qarşılaşacaq. Bakıdakı matçda hərəyə bir xal qazanan bu iki komandanın növbəti oyunu maraqla gözlənilir.Dörd turdan sonra 4 xalla ikinci pillədə qərarlaşan Ağdam klubu qrupdan çıxmaq üçün növbəti vacib oyuna çıxacaq.
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az-a açıqlamasında səfərdəki qələbənin çox məsələləri həll edəcəyini deyib:
“Qarabağ” qələbə qazansa, daha yaxşı olar. Komanda elə bir vəziyyətə gəlib ki, bu oyunda tələsmək lazım deyil. Düşünürəm ki, həm də böyük işgüzarlıq da lazımdır. APOEL göstərdi ki, hər kiçik səhvdən məharətlə istifadə edir. Gərək belə səhvlər etməyək. “Qarabağ” öz oyununu oynamalıdır. Bir az da cəld və təmkinli olmalıdır. Bakıdakı oyunda çox qol vəziyyətləri yaratdıq, amma istifadə edə bilmədik. Səfərdəki qələbə çox məsələni həll edir. Bu oyundan çox şey asılıdır ki, klub hansı yolla davam edəcək”.
O bildirib ki, komanda üzvlərinin fikirləri tamamilə oyunda olmalıdır: “Qrupdakı bütün oyunlar vacibdir. Yaddan çıxarmayaq ki, qarşıda bizim “Sevilya” və “Düdelanj”la oyunlarımız var. Biz Lüksemburq komandasıyla evdə oynayacağıq, APOEL isə səfərdə oynayacaq. “Sevilya”nı onlar qəbul edəcək, biz isə səfərə gedəcəyik. Qrupdakı bütün oyunlar sonuncu oyun sayılır. Demək olmaz ki, bu oyun bütün məsələləri həll edir. Amma vacib oyundur. Ümumiyyətlə, avrokuboklardakı hər matc bizim üçün önəmlidir. Belə baxanda, “Qarabağ” bu mövsüm Kipr təmsilçisi ilə 3 dəfə qarşılaşıb. İki oyun Çempionlar Liqasının təsnifat mərhələsində, 1-i isə qrupda. Məncə, hər 3 qarşılaşmada da “Qarabağ” oyun olaraq üstün olub. Futbolçuların fikirləri tamamilə oyunda olmalıdır. Çünki onlar kiçik səhvlərimizdən yaxşı istifadə edirlər”.
AFFA Məşqçilər Komitəsinin digər üzvü Şahin Diniyev isə bu matçı ölüm-dirim oyunu adlandırıb: “Hər bir azarkeşə, futbol adamına bəllidir ki, bu, ölüm-dirim oyunudur. Qarşıda hələ 2 turun olmasına baxmayaraq, qrup ikinciliyi uğrunda bu 2 komanda yarışır. Mənə elə gəlir ki, bu oyun Şekspirin " olmaq, ya da olmamaq" sualına cavab verəcək. Bu cəhətdən çox vacib oyundur. "Qarabağ"a qrupdan çıxmaq üçün bu matçda heç-heçə bəs edir. Çünki sonuncu turda evdə "Düdelanj"a qalib gəlsə, yetərincə xal artımı olacaq. "Qarabağ" ehtiyatlı oynamalı, daha çox etibarlı müdafiə qurmalıdır. Öz xoşbəxtliyini, şansını əks-hücumlarda axtarmalıdır. Qalan şeyləri komanda özü yaxşı bilir. APOEL də bu oyunun mahiyyətini dərk edir. Onlara qələbə lazımdır. Bunun üçün çox çalışacaqlar. "Qarabağ" bu gərginlikdən istifadə etməlidir. APOEL qələbə qazanmaq üçün irəli gedib qol vurmağa çalışacaq. "Qarabağ" da bundan istifadə etməlidir.”.
53 yaşlı mütəxəssis bildirib ki, komanda taktiki cəhətdən ağıllı oynamalıdır: “Ümumiyyətlə, futbolda bütün qollar səhvlərdən sonra vurulur. Səhv olmasa, qol olmaz. Burada topa nəzarət sistemi ikinci plana keçir. Baxırıq ki, topa nəzarət faiz etibarilə 78-in 22-yə olduğu halda, 22 faiz top saxlayan komanda sonda qalib gəlir. Bu tendensiya artıq yığışılıb. Taktiki cəhətdən ağıllı oynamaq lazımdır. Bu oyunda uğur hər bir komandanın öz əlindədir. Bu qarşılaşma hər şeyi həll edə bilər. Sadəcə sonrakı oyunlarda təsadüflərə ümid etmək olar. Ancaq təsadüflər də həmişə həqiqət olmur”.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil