Konora Moskvada butulka atdılar - Video

Konora Moskvada butulka atdılar - Video
VİDEO 25 Oktyabr 2019 / 21:11 5236
-  A +

Moskvada otellərin birində açıq məşq keçirən irlandiyalı döyüşçü Konor Makqreqor gözlənilməz situasiya ilə üzləşib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, məşq zamanı Konora zaldan butulka atılıb. Cəld tərpənən Makqreqor zərbədən yayına bilib. İrland döyüşçünün ünvanına təhqirlər səsləndirməyə hazırlaşan hücumçunu mühafizəçilər zaldan çıxarıb. Bundan sonra Konor “Gördünüz, kimdir qorxaq? Budur mənəm, gəlin, gəlin” deyib.

Xatırladaq ki, Makqreqora butulka hücumunun dağıstanlılar əleyhinə təhqiramiz fikirlər səsləndirməsi ilə əlaqədar olduğu ehtimal edilir.



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı