Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdı - Video

Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdı - Video
VİDEO 22 Oktyabr 2019 / 12:51 4266
-  A +

Meksika çempionatında keçirilən “Atletiko San Luis” – “Queretaro” görüşü yarımçıq dayandırılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna  azarkeşlər arasında dava düşməsi səbəb olub.

Qarşılaşmanın 85-ci dəqiqəsində iki klubun tərəfdarları bir-birinə hücum ediblər. Bundan sonra hər iki komandanın oyunçuları insident yaradan azarkeşləri sakit olmağa çağırıblar. Ancaq buna məhəl qoymayan azarkeşlər meydana daxil olub futbolçulara hücum ediblər. Nəticədə futbolçular meydandan qaçıblar və matç təxirə salınıb.

Qeyd edək ki, matç təxirə salınana qədər “Keretaro” 2:0 hesabı ilə irəlidə olub.





Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı