AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı - Danışılmış oyunlara görə

AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı -  Danışılmış oyunlara görə
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2019 / 17:20 6989
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda birinci divizionda çıxış edən “Ağsu” klubunun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakına görə araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulması haqda qərar verilib.

Adıçəkilən futbolçular bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəznində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən oyun alqı-satqısında şübhəli biliniblər.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord