Bundesliqada gərginlik

Bundesliqada gərginlik
XƏBƏR 21 Oktyabr 2019 / 13:35 3720
-  A +

Bu mövsüm Almaniya bundesliqası gərgin mübarizə şəraitində davam edir.

Qol.az xəbər verir ki, 8 turdan sonra 1-ci yerlə 9-cu pillədəki komanda arasında cəmi 2 xal fərq var.

Daha dəqiqi 2 komanda – “Borussiya” (Münhenqladbax) və “Volfsburq” 16, 3 komanda – “Bavariya”, “Borussiya” və “Leypstsiq” 15, 4 komanda - “Frayburq”, “Şalke”, “Ayntraxt” və “Bayer” isə 14 xal toplayıb.

Növbəti tur turnir cədvəlindəki ən yaxın “qonşular”ın bir-biriləri arasındakı matçları ilə diqqət çəkəcək. “Borussiya” (Dortmund) “Şalke”ni, “Borussiya (Münhenqladbax) “Ayntraxt”ı, “Leypstiq” isə “Frayburq”u qəbul edəcək.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq