UEFA-dan Əliyar Ağayevə vacib təyinat

UEFA-dan Əliyar Ağayevə vacib təyinat
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2019 / 13:25 6667
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı hakim Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Ludoqorets" - "Espanyol" qarşılaşmasını idarə edəcək. Bolqarıstanın Razqrad şəhərində oynanılacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Bu görüş qrup liderliyi baxımından əhəmiyyətlidir. Hazırda birinci olan "Ludoqorets"in 6, 2-ci sıradakı "Espanyol"un isə 4 xalı var.

Qeyd edək ki, oyun oktyabrın 24-də "Ludoqorets Arena"da keçiriləcək

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı