“Bavariya”da ciddi itki – 6 ay oynamayacaq

“Bavariya”da ciddi itki –  6 ay oynamayacaq
DÜNYA FUTBOLU 21 Oktyabr 2019 / 11:04 1920
-  A +

“Bavariya” ciddi itki ilə üzləşib.

Qol.az klubun saytına istinadən verir ki, Münhen təmsilçisinin futbolçusu Niklas Züle zədələnib.

“Bavariya”nın Bundesliqanın 8-ci turunda “Ausburq”la qarşılaşdığı oyunun (2:2) 12-ci dəqiqəsində zədələnərk meydanı tərk edən Züle artıq əməliyyat olunub.

Almaniya mətbuatı 24 yaşlı alman müdafiəçinin ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Qeyd edək ki, Züle bu mövsüm Bundesliqada 8 qarşılaşmada iştirak edib.


Son xəbərlər