"Əvvəlki oyunlarda olduğu kimi bu görüşə də yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqibin bir neçə epizodda bəxti gətirdi. Erkən qol vurdular. Həm də evdə oynayırdılar, üstünlük onlarda idi. "Neftçi"ni təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin qapıçısı Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra juranlistlərin suallarını cavablandırarkən deyib.
26 yaşlı qolkiper komandasında təcrübənin çatışmadığını söyləyib: "Məşqçimiz ilə ilk oyunumuz idi, istəyirdik ki, nəticə yaxşı olsun. Qismət belə imiş. Bizim komandamızda kompaktlıq yoxdur, bir yerdə oynaya bilmirik. Bizə təcrübə lazımdır. Yeni heyətdir. Əcnəbi futbolçularımız da var. Amma çempionatın çox hissəsi qarşıdadır. Fərdi olaraq oyunçularımız yaxşı çıxış edirlər. Aramızda anlaşma zəifdir. Bunu da növbəti qarşılaşmalarda düzəldəcəyik".
O.Sadıqlı komandasının medallar uğrunda mübarizə aparacağını da deyib: "Bu gün turnir cədvəlinə baxanda görürük ki, 2-3 qələbə qazansaq, 2-ci yerdə olacağıq. Bizim məqsədimiz kubok və Avroliqadır. Mümkün olduğu qədər irəli gedib, xallar qazanmalıyıq. Həm müdafiədə, həm də hücumda kollektiv oyun çatışmır. Çünki müdafiə hücumdan başlayır. İkinci hissə başladı, 25-ci saniyədə qol buraxdıq. Deməli, biz haradasa səhvə yol vermişik. Bundan sonra yaxşı hazırlaşmaq lazımdır. Elə rəqiblərlə qarşılaşacağıq ki, aşağı-yuxarı eyni xallardayıq. Yalnız çalışmalıyıq".
Qolkiper "Neftçi" azarkeşlərinin onun ünvanına səsləndirdiyi şüarlara da münasibət bildirib: "Bunlara öyrəşmişəm. Onların problemi "Xəzər Lənkəran"ladır. Bəlkə, gənc yaşlarımda olsaydı, nə isə baş verərdi. Amma indi normal sayıram. Oyunun əvvəlindən buna hazır idim. Şükürlər olsun ki, hər şey yaxşı oldu. Təhqir etsəydilər, hər şey başqa cür ola bilərdi. Onlar azarkeşdir. Sənin isə ona əlin çatmır. Ağızlarına nə gəlsə, deyə bilərlər. Möhkəm olmaq lazımdır. Onlar da bilir ki, "Xəzər Lənkəran" mənim qəlbimdədir. 13-14 yaşlarımdan bu komandanın akademiyasında böyümüşəm. İndi isə "Zirə"dəyəm, onun uğurları üçün çalışıram. Hər bir futbolçunun yetişdiyi bir akademiya var. "Xəzər Lənkəran" əvvəldən "Neftçi" ilə rəqabətdə idi. Keçmişlə yaşamaq olmaz, gələcəyə baxmaq lazımdır".
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi