"Qarabağ"ın xal itirməsinə sevinirik" - Dario Federiko

"Qarabağ"ın xal itirməsinə sevinirik" -  Dario Federiko
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2019 / 19:48 3332
-  A +

"Neftçi"nin braziliyalı hücumçusu Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Çox vacib qələbə qazandıq. Ardıcıl 3-cü qələbəmiz bizi turnir cədvəlində 2-ci pilləyə qaldırdı. Bununla kifayətlənməməli, öz üzərimizdə işləməliyik. Çalışmaqla daha yaxşı nəticələr gələcək.

- Demək olarmı ki, "Neftçi" "qara zolaq"dan çıxıb?

- Məncə, ardıcıl 3 matçda qalib gəlməklə "qara zolaq"dan çıxmış sayılırıq.

- Bugünkü qalibiyəti "Neftçi" üçün asan qələbə adlandırmaq olar?

- İnanmıram ki, hansısa oyun "Neftçi" üçün asanlıqla əldə olunub. Çünki hər oyunda vuruşmuşuq, mübarizə aparmışıq və əzmkarlıqla qələbə qazanmışıq. Asan oyun olduğunu deməzdim.

- Əsas rəqibiniz "Qarabağ" hesab olunur. Necə düşünürsünüz, liderə çatmaq mümkün olacaq?

- Təbii ki, sona qədər mübarizə aparacağıq. Hər görüşdə qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt daha çox qələbə üçün çalışacağıq ki, ilk pilləyə yaxınlaşaq.

- Liderin "Qarabağ"ın xal itirməsi sizi sevindirirmi?

- Təbii ki, çempionluğa oynayan komanda ondan yuxarı pillədə olan komandanın xal itirməsini görəndə sevinir.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"