“APOEL düşündüyüm futbolu oynamır” – Tomas Doll

“APOEL düşündüyüm futbolu oynamır” – Tomas Doll
XƏBƏR 20 Oktyabr 2019 / 13:13 3541
-  A +

APOEL-in baş məşqçisi Tomas Doll dünən Kipr çempionatında dünən “Doha” üzərindəki qələbəni (2:0) şərh edib.

Qol.az xəbər verir ki, o matçdan sonra keçirilən mətbuat konfrasında deyib: “Bu, bizim ən yaxşı oyunumuz olmasa da, üç xal qazandıq. Futbolçular xoş təsir bağışladı, topa nəzarət edə bildi, ancaq sürət aşağı, asan top itkiləri, səhvlər oldu. İkinci qol bizə hədiyyə verildi, bununla oyun bitdi”.

Alman mütəxəssis bildirib ki, komanda inkişaf etməlidir: “Daha yaxşı oynayaçalıyıq. Mən indi “Qarabağ”la oyunu fikirləşmirəm. Öz beynimdə bugünkü matçı bitirməliyəm. Hələ ki, komanda düşündüyüm futbolu oynamır. Düzdür, hamı məsuliyyəti baş məşqçinin üzərinə qoyur. Bu, mənim uçun problem deyil. Bəzi futbolçular yaxşı çıxış etməlidirlər”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı