Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - "avtoşluq" videosuna görə

Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı  - "avtoşluq" videosuna görə
DÜNYA FUTBOLU 19 Oktyabr 2019 / 16:50 7354
-  A +

"Qarabağ”ın futbolçusu Araz Abdullayevin adı Premyer Liqanın 8-ci turunda “Qəbələ” ilə oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qol.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “İnstagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün məşqçilər heyəti bu addımı atıb. Millimizin üzvünün hansı müddətə əsas komandadan uzaqlaşdırıldığı bəlli deyil.

Xatırladaq ki, A.Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.


Son xəbərlər