"Rəşadın rekordunu qırmaq üçün bir neçə il oynamalıyam" - Dmitri Nazarov

"Rəşadın rekordunu qırmaq üçün bir neçə il oynamalıyam" - Dmitri Nazarov
XƏBƏR 17 Oktyabr 2019 / 12:29 4205
-  A +

"Azərbaycandan bir çox xüsusi təklif alıram. Beynəlxalq matçlar yaxınlaşır. Belə oyunlar hər zaman diqqət çəkir. Ancaq "Erzgebirge"də özümü yaxşı və dəyərli hiss edirəm. Buna görə klubumla yeni müqavilə bağladım".

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya ikinci bundesliqa təmsilçisi "Erzgebirge"də oynayan millimizin futbolçusu Dmirti Nazarov "Tag 24"ə deyib.

Avro-2020-nin seçmə mərhələsində Macarıstanla (0:1) oyunu cəzalı duruma düşdüyü üçün buraxan 29 yaşlı hücumçu millidə 40 oyunda 8 qol vurub. O, 111 matçla millidə ən çox oyun keçirən Rəşad Sadıqovun rekordunu qırmaq istədiyini zarafatla söyləyib: "Son 7 ildə ilk dəfə milli komanda üçün oynaya bilmirəm. Millidə 40 oyun keçirmişəm. Bu rekordu qırmaq üçün hələ bir neçə il də oynamalıyam (gülür)".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı