"Qarabağ" - APOEL oyununun biletləri sabahdan satışda

"Qarabağ" - APOEL oyununun biletləri sabahdan satışda
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2019 / 16:58 5528
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-ə keçirəcəyi matçın biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Qol.az-ın Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı məlumata görə, biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər