İtaliya millisi rekordunu yenilədi - 81 ildən sonra

İtaliya millisi rekordunu yenilədi -  81 ildən sonra
DÜNYA FUTBOLU 16 Oktyabr 2019 / 11:08 3326
-  A +

İtaliya millisi Avro-2020-nin seçmə mərhələsində Lixtenşteynə 5:0 hesabıyla qalib gəlməklə tarixi rekordunu yeniləyib.

Qol.az xəbər  verir ki, Roberto Mançininin rəhbərlik etdiyi komanda ardıcıl 9 oyundur ki, qələbə qazanır. Yığmanın qalibiyyət seriyası 2018-ci ilin martında ABŞ-la oyundan (1:0) başlayıb.

İtaliya millisi sonuncu dəfə 1938-ci ildə Vittorio Potsonun rəhbərliyi altında dalbadal 9 rəsmi matçda qələbə qazanmışdı.

Qeyd edək ki, İtaliya yığması Avro-2020-nin seçmə mərhələsində yer aldığı J qrupunda 24 xalla liderdir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın