Azərbaycan - İsveçrə oyununda yanğın

Azərbaycan - İsveçrə oyununda yanğın
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2019 / 22:44 4007
-  A +

21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində bu gün  İsveçrə yığması ilə oyunu (0:1) zamanı yanğın baş verib.

Qol.az xəbər verir ki, yanğın matçın keçirildiyi "Kapital Bank Arena"nın inzibati otaqlarından birində elektrik naqillərindəki qısaqapanma nəticəsində olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib və yanğının qarşısı alınıb.


Qeyd edək ki, bu, "Kapital Bank Arena"da ilk beynəlxalq rəsmi oyundur.

Daha çox


Son xəbərlər