29 il sonra Şimali Koreyada qarşılaşdılar

29 il sonra Şimali Koreyada qarşılaşdılar
DÜNYA FUTBOLU 15 Oktyabr 2019 / 17:55 5037
-  A +

Şimali Koreya 29 il sonra öz meydanında Cənubi Koreyanı qəbul edib.

Qol.az xəbər verir ki, komandalar 2022-ci il Dünya çempionatının seçmə mərhələsində üz-üzə gəliblər.
 
Görüş Şimali Koreyanın paytaxtı Pxenyanda keçirilib. Qolsuz başa çatan matça Cənubi Koreya azarkeşləri və mətbuat nümayəndələri buraxılmayıb.

Qeyd edək ki, ölkələr arasında siyasi gərginliyə görə Şimali Koreya sonuncu dəfə Cənubi Korerya ilə evdə 1990-cı ildə qarşılaşıb.


Son xəbərlər