Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları

Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları
XƏBƏR 15 Oktyabr 2019 / 13:53 3560
-  A +

Avro-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların performans göstəriciləri açıqlanıb.

Qol.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvləri arasında ən yuxarı indeksə Ramil Şeydayev malikdir. 587 xalı olan  23 yaşlı hücumçu ümumi sıralamada 171-cidir. Riçard Almeyda millinin ikincisidir. O, 486 xalla 239-cu sırada qərarlaşıb.  Bəhlul Mustafazadə isə millinin 3-cü ən yaxşı futbolçusudur. 22 yaşlı müdafiəçi 461 xalla 261-cidir.
 
Qeyd edək ki, ümumi siyahının ilk pilləsində 2541 xalla Hollandiya millisinin futbolçusu Memfis Depay yer alıb.

Daha çox


Son xəbərlər