Fransa - Türkiyə oyununun ləğvi tələbi

Fransa - Türkiyə oyununun ləğvi tələbi
DÜNYA FUTBOLU 14 Oktyabr 2019 / 17:33 11073
-  A +

Bəzi fransız siyasətçilər Avro-2020-nin seçmə mərhələsində bu gün keçiriləcək Fransa - Türkiyə oyununun ləğv olunmasına çalışıb.

Qol.az "L'equipet"ə istinadən xəbər verir ki, onlar bu tələblə Fransa Futbol Federasiyasına müraciət ediblər. Siyasətçilərin Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlara görə bu addımı atdığı ehtimal olunur. Lakin federasiyadan bildirilib ki, görüşün ləğvinə səbəb yoxdur və oyunun keçirilib-keçirilməməsi məsələsinə ancaq UAFA qərar verə bilər:

"Fransa olaraq bu matçı ləğv edə bilmərik. Oyunu ləğv etmək hüququ yalnız UEFA-ya məxsusdur. Oyunun ləğvinə səbəb olacaq terror təhlükəsi və buna bənzər təhdidlər də yoxur".

Qeyd edək ki, bu gün "Stad de Frans"da keçiriləcək Fransa - Türkiyə oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı tribunadan 30 minədək türk azarkeşin izləyəcəyi gözlənilir.

Son xəbərlər