Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: "Xalımızı geri qaytarın" + Şəkillər

Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası:  "Xalımızı geri qaytarın" + Şəkillər
XƏBƏR 14 Oktyabr 2019 / 15:52 6208
-  A +

Bu gün bir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Onlar ötən gün Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Dennis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. Fanatlar "Azərbaycan, Azərbaycan" şüarı səsləndirib, pankartlar açıblar. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.

Pankartlarda "Xalımızı geri qaytar", "Futbol siyasət deyil", "Qolu vermədiyiniz üçün, "çox sağ ol", "Niderland pendirinə hə, niderland hakiminə yox", "Ədalətsiz qərar" yazılıb.

Niderland səfirliyi etirazlara reaksiya verməyib.(Futbolpress.az)










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər