“Hakimdə Macarıstana rəğbət var idi” - Qara Qarayev

“Hakimdə Macarıstana rəğbət var idi” - Qara Qarayev
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2019 / 00:15 4070
-  A +

Azərbaycan millisinin futbolçusu Qara Qarayev Avro-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyunundan (0:1) sonra suallarını cavablandırıb.Bu görüşdə kapitanlıq sarğısını daşıyan yarımmüdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirib.

- Macarıstana evdə məğlub olmuşduq. Buna görə daha ehtiyatlı oynamaq istəyirdik. Son zamanlarda hesabda geri olduğumuz hallarda, oyun yaxşı alınır, ən azından sonlarda rəqib qapısı qarşısında imkan yaradıb qol vururuq. Bu da həmin matçlardan biri oldu. Baxmayaraq ki, irəli xətdə müəyyən çatışmazlıqlarımız var idi, komanda olaraq yaxşı müdafiə olunduq. Uğur qazanırdıq və qazandıq da. Ancaq nəticə etibarı ilə heç nə əldə edə bilmədik.

- Hakim qərarı haqda fikrin nədir?

- Hakimlər haqda çox danışmaq istəmirəm. Ancaq maraqlıdır, əgər qolu qeydə alır, sonra qərarı dəyişirsə, bunun dəlili olmalıdır. Fakta əsaslanmalıdır ki, qərarını niyə dəyişib. Düşünürəm ki, burda bir qədər Macarıstana qarşı rəğbət var idi. Yoxsa, tər-təmiz qol idi. Oyundan sonra da hakim səhv etdiyini dedi. Üzr istəmək asandır, amma xalımızı əlimizdən aldılar.

- Komanda oyunun əvvəlində aciz görünürdü. Bu, nədən qaynaqlanırdı?

- Bu, hazırlıqsızlığın, hansısa problemlərin olması demək deyil. Rəqibin belə başlayacağı məlum idi. Biz Bəhreynlə matçda da bunu hiss etdik. Komanda evdə oynayırsa, ilk dəqiqələrdən bütün imkanlarını ortaya qoymaq istəyir. Bizim oyunlarımızda ilk 10-15 dəqiqə daha gərgin keçir. Bunu dəf edə biləndə nəticə yaxşı olur. Təəssüf ki, bu dəfə alınmadı. Daha sonra isə rəqibə 100 faizlik epizodlar vermədik.

- Meydana komandanı kapitan kimi çıxardın. Necə hiss idi?

- Kapitanlıq sarğısını daşımaq qürurvericidir. Allah qismət eləsin, karyeramın sonuna qədər layiqli şəkildə daşıya bilim.

- Hakimin səhvini çıxsaq, bir kapitan kimi bu gün komandanın xal qazana bilməməsində əsas səbəbi nədə görürsən?

- Ən çox problem ön xətdə çoxluq yarada bilməməyimiz idi. Əgər bunu edə bilsəydik, daha yaxşı olardı. Fasiləyə qədər rəqib topa nəzarət etdi. Belədə, biz öz qapımıza yaxın oynayırdıq. Əks-hücumlarda isə çoxalmaq çətin idi. Ancaq düşünürəm ki, zaman-zaman biz daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bilərdik. Sonuncu epizodu çıxsaq, digər 100 faizlik şansımız olmadı, amma imkanlar yarada bilirdik (futbolpress.az).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı