Xəstə olduğuna görə millidən ayrıldı – Kazinoya getdi

Xəstə olduğuna görə millidən ayrıldı – Kazinoya getdi
XƏBƏR 13 Oktyabr 2019 / 10:46 3810
-  A +

“Lester”in yarımmüdafiəçisi Ceyms Meddison İngilərə millisinin düşərgəsini tərk edib.

Qol.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, xəstəliyi səbəbindən komandadan ayrılıb. Lakin bundan sonra Meddison kazinolardan birində görünüb.

O, “Avro-2020”də Çexiya ilə səfər matçına xəstəliyi əsas gətirilərək aparılmayıb. Meddison bu görüşdə millidə debüt edə bilərdi.

Qəzet yazır ki, futbolçuya poker masası arxasında məhz millinin oyunu zamanı rast gəlinib. Ceyms millinin 1:2 hesabı ilə uduzduğu matça ümumiyyətlə, baxmayıb.


Son xəbərlər