"30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım” - Joze Alesio

"30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım” - Joze Alesio
XƏBƏR 12 Oktyabr 2019 / 23:00 4964
-  A +

 “Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandırlar. Dörd gün ərzində 3 ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindir. Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım".

Qol.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının əsas mərhələsində "Xerson"a 3:8 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Fiziki cəhətdən çox çətindir. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin. İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım” - deyə o bildirib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı