"Komandanın oyunundan razı qaldım" - Ayxan Abbasov

"Komandanın oyunundan razı qaldım" - Ayxan Abbasov
XƏBƏR 12 Oktyabr 2019 / 22:28 2026
-  A +

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"la bərəbərə qaldıqları yoxlama oyununu (1:1) şərh edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, matçla bağlı deyib:

“Yoxlama oyunu keçirməkdə əsas məqsədimiz bütün komandanı iş başında görmək idi. Oyun yaxşı keçdi. Ağır məşqlərdən sonra yoxlama oyununun vacib olduğunu düşünürəm. Futbolçulara bəzi tapşırıqlar verilmişdi. Ona görə də hər iki hissəni demək olar ki, fərqli heyətlə keçirdik. Ümumilikdə komandanın oyunundan razı qaldım. Gələn həftədən etibarən “Səbail”lə oyunun hazırlıqlarına başlayacağıq”.


Son xəbərlər