"Sabah da həyəcanlı olmayacam” - Emil Balayev

"Sabah da həyəcanlı olmayacam” - Emil Balayev
XƏBƏR 12 Oktyabr 2019 / 21:11 5411
-  A +

“Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin qapıçısı Emil Balayev Avro-2020-nin seçmə mərhələsində Macarıstanla matç öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Xorvatiya ilə Bakıda keçirdikləri oyunda millidə debüt etdiyini xatırladıb: "İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inamını nümayiş etdirirdi. Düşünürəm ki, sabah da həyəcanlı olmayacam”.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"