"Hesabı normal qarşılayıram" - Zaur Həşimov

"Hesabı normal qarşılayıram" -  Zaur Həşimov
XƏBƏR 12 Oktyabr 2019 / 19:50 3061
-  A +

"Küləkli hava hər iki komandanın oyununa mane olurdu. Cəmi iki məşqə çıxmışıq, ilk oyunumuz idi. Heç taktiki məşqimiz də olmayıb ki, istədiklərimizi futbolçulara aşılaya bilək. Ona görə də qeydə alınan hesabı normal qarşılayıram".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin yeni baş məşqçisi  Zaur Həşimov "Qəbələ" yoxlama oyunundan (1:2) sonra deyib.

"Bəzi dəyişiklikləri həyata keçirmək üçün vaxta ehtiyacımız var. Daha əvvəl komandada iki zədəli futbolçu var idi, "Qəbələ" ilə Premyer Liqa oyununda daha üç futbolçumuz zədələnib, bu da komandaya öz təsirini göstərir" - deyə o bildirib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki