Xalq şairi Qara Qarayevi təbrik etdi

Xalq şairi Qara Qarayevi təbrik etdi
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2019 / 14:52 4783
-  A +

Xalq şairi Ramiz Rövşən millimizin və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevi doğum günü münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, Qarayev şəxsi İnstagram səhifəsində Ramiş Rövşənin təbrik videosunu paylaşıb.

Təbrikdə deyilir:“Səni təbrik edirəm, oğlum. Ad günün mübarək. Təsadüfə bax ki, bizim böyük bəstəkarımız Qara Qarayevlə sənin ad soyadın üst-üstə düşür. Mən çox şadam ki, sən öz istedadın və bacarığın sayəsində bu məhşur adı soyadı şərəf və ləyaqətlə daşıyırsan. Arzu edirəm ki, sənin həm bugünkü, həm də qarşıdakı ad günlərinin hədiyyəsi “Qarabağ” komandasının qazanacağı qələbələr olsun. Sənə futbol meydanında qələbələr, həyatda xoşbəxtlik arzu edirəm”.

Qeyd edək ki, bu gün Q.Qarayevin 27 yaşı tamam olur.

Daha çox


Son xəbərlər