"Nəhayət, millidə qol vurdum" - Rüfət Dadaşov

"Nəhayət, millidə qol vurdum" -  Rüfət Dadaşov
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2019 / 13:28 3798
-  A +

Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) komandamızın ilk qolunun müəllifi olan Rüfət Dadaşov bu barədə təəssüratlarını bölüşüb.

Qol.az xəbər verir ki,  3-cü  Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən hücumçu “Bild” nəşrinə qısaca açıqlamasında yığmada 6 illik qol həstərinə son qoyduğu üçün sevindiyini deyib:

"Nəhayət ki, uzun fasilədən sonra Azərbaycan millisinin heyətində qol vurdum. Macarıstanla qarşıdakı matçda da meydana çıxacağıma ümid edirəm".

Qeyd edək ki, Bəhreynlə görüşdə millimizin heyətində 5-ci qolunu vuran Dadaşov sonuncu dəfə 2013-cü ildə rəqib qapısına yol tapmışdı.

Daha çox


Son xəbərlər