"Zirə"nin yeni baş məşqçisi açıqlandı - Rəsmi

"Zirə"nin yeni baş məşqçisi açıqlandı -  Rəsmi
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2019 / 16:22 5503
-  A +

“Zirə”nin yeni baş məşqçisi məlum olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Zaur Həşimov çalışdıracaq. Bu gün klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. O, bu vəzifədə dünən istefaya göndərilən Samir Abasovu əvəzləyib.

Zaur Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Qeyd edək ki, Zaur Həşimov daha əvvəl 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər “Zirə”də əsas komandanın məşqçilər korpusunda yer alıb. O, bundan əvvəl “Qəbələ”də köməkçi məşqçi kimi işləyirdi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın