Millimizdən İranla heç-heçə

Millimizdən İranla heç-heçə
XƏBƏR 23 Sentyabr 2019 / 18:42 2202
-  A +

Rusiyanın Həştərxan şəhərində təşkil olunan "Caspian Cup-2019" turnirində futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib.

Qol.az-ın məlumatına görə, komanda bu dəfə İran yığması ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qolunu Amadeu vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Futzalçılarımız turnirdə son oyununu sentyabrın 25-də, saat 15:00-da Qazaxıstan yığmasına qarşı keçirəcək.  

Qeyd edək ki, yığmamız turnirdə ilk matçında Rusiyaya uduzub - 1:2.
 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı