Millimizin oyununa azarkeş buraxılmayacaq - UEFA-dan qərar

Millimizin oyununa azarkeş buraxılmayacaq  - UEFA-dan qərar
XƏBƏR 23 Sentyabr 2019 / 18:23 5705
-  A +

Avro-2020-nin seçmə mərhələsinin Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı qərarı UEFA-nın  Etika və İntizam Komitəsi qəbul edib.

Buna macar azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol verməsi səbəb olub. Bundan başqa, Macarıstan Futbol Federasiyasına 67.125 avro cərimə kəsilib.

Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü keçiriləcək.


Son xəbərlər