Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçirilə bilər

Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçirilə bilər
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2019 / 11:15 3845
-  A +

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Macarıstan - Azərbaycan matçı boş tribunalar önündə oynanıla bilər.

Qol.az xəbər verir ki, buna səbəb sentyabrın 9-da Macarıstanın Budapeştdə Slovakiya ilə oyununda (1:2) hər iki komandanın azarkeşləri arasında insident  baş verməsdir.

Slovakiya mətbuatı UEFA-nın İntizam Komitəsinin hər iki ölkənin federasiyasını cəzalandıracağını yazıb. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası ala bilər. Həmçinin, federasiyaların 20 min avro cərimələnəcəyi gözlənilir.

Qeyd edək ki, Macarıstan seçmə mərhələdə növbəti ev oyununu oktyabrın 13-də millimizə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord