Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı

Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı
XƏBƏR 20 Sentyabr 2019 / 09:45 5029
-  A +

"Nəticəyə görə xoşbəxtik. Hədəfim qol vurmaq idi. İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. Onlar qol vursaydı, işimiz çətinləşərdi. Sonradan daha 2 qol vurub qələbə qazandıq".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sevilya"nın futbolçusu Xavyer Ernandes (Çiçarito) Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Sözügedən matçda ilk qolun müəllifi olan 31 yaşlı hücumçu daha sonra bildirib: "Yaxşı idim. Ümid edirəm ki, bütün komandamız və baş məşqçimiz bunu belə görüb. Uğura ac, eyni zamanda həyəcanlıyam. Meydanda bütün gücümü göstərmək istəyirəm. Düşünürəm ki, belə müsbət nəticələrimiz qarşıda daha çox olacaq. Biz artırmaqda davam edəcəyik" - deyə o bildirib.

Çiçarito deyib ki, qol hesabını açmağı özünəinamı da artırır: Çünki hücumçu qol vurmalıdır. Düzdür, komanda yoldaşım De Yonq rəqib qapısına yol tapmaqda çətinlik çəksə də, komanda üçün hər şey edir”.

O, həftəsonu La Liqada "Real"a qarşı keçirəcəkləri oyun haqda da danışıb: "Bu, təkcə mənim üçün yox, bütün “Sevilya” üçün xüsusi oyundur. Çox maraqlı matç olacağını düşünürəm".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord