"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablabdırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Gözlədiyimiz kimi oyun keçdi. Bilirdik ki, "Sevilya" çox səviyyəli komandadır. Onlara qarşı rahat oynamaq mümkün deyil. Topu çox yaxşı saxlayırlar, pressinq edirlər. Hərtərəfli güclüdürlər. Birinci hissədə qapımızı toxunulmaz saxlaya bildik. Amma ikinci yarıda artıq yorulmuşduq. Ona görə də səhvlər edirdik. Qol buraxandan sonra da hamı əsəbləşməyə başladı. Nəticədə qapımızda ikinci topu da gördük.
- Səviyyə fərqini harada hiss edirdiniz?
- Birinci hissədə onların bir toxunuşla oynaması, ümumiyyətlə, hər şeydə fərq hiss olunurdu. Bəzi epizodlarda heç çatdıra bilmirdik. Düzdür, bəzən başabaş oyun gedirdi. Amma ümumi baxanda məncə, siz də, azarkeşlər də gördünüz ki, "Sevilya" bizdən daha yaxşı futbol oynayır.
- Amma hamı xal qazanacağımıza ümidlənmişdi. Bəzi futbolçular isə heç mübarizə aparmırdılar. Miçel artıq bir neçə oyundur ki, komandanı pis vəziyyətdə qoyur.
- Kiminsə necə oynadığını deyə bilmərəm. Onlar mənim komanda yoldaşımdır. Səhv ediblərsə, deməli mən də səhv edirəm. Miçel "Atletiko"ya qol vuranda əlimizin üstündə aparırdıq. Bu gün hansısa epizodda yaxşı oynamayıbsa, deyə bilmərik ki, bu, onun günahıdır. Mən də istəyərdim ki, daha çox mübarizə aparaq. Bir az aqressiya çatmırdı. Biz topla oynamağa çalışan komandayıq. Aqressiv oynaya bilmirik.
- Nikosiyadakı hesabdan xəbəriniz var?
-Bəli.
- Gözlənilən oldu?
- Əlbəttə.
- Hamı Lüksemburq təmsilçisinə 6 xallıq komanda gözü ilə baxırdı...
- Onlar Avropa Liqasının qrup mərhələsinə yüksəliblərsə, zəif deyillər. 3-4 il əvvəl "Düdelanj"ı məğlub etmişik. Amma bu gün nə "Qarabağ", nə də ki, "Düdelanj" əvvəlki komandalar deyil. Onlar APOEL-i məğlub ediblərsə, deməli, qrupda ikinci yer uğrunda maraqlı mübarizə olacaq.
- "Düdelanj"ın qələbəsinin "Qarabağ"ın işinə yaradığını demək olarmı?
- Mən elə düşünmürəm. Çünki bizim "Düdelanj" və APOEL-lə necə oynayacağımız bilinmir. Onları hələ analiz etməmişik. Bu gün ən ağır oyunumuzu keçirdik. Bu oyunla Azərbaycan çempionatındakı matçlarımız arasında yerlə göy qədər fərq var.
- Bu cür oyunlardan sonra çempionat matçlarına köklənmək çətin olmur?
- Nə edə bilərik? Oynamalıyıq. Biz Azərbaycan çempionatında, "Sevilya" isə La Liqada çıxış edir. Oynamaq məcburiyyətindəyik. Onların öz çempionatı var, bizim də öz Premyer Liqamı
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı