İki boksçumuz mundialın 1/4 finalında

İki boksçumuz mundialın 1/4 finalında
XƏBƏR 18 Sentyabr 2019 / 10:30 1756
-  A +

Rusiyanın Yekaterinburq şəhərində keçirilən boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin döyüşləri başa çatıb.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin 4 üzvündən ikisi qələbə qazanıb.

Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) avstriyalı Umar Cambekova 4:1 hesabı ilə qalib gələrək 1/4 finada yüksəlib. O, bu mərhələdə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşacaq.

+91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə misirli Yosri Rezk Mustafanı 3:2 hesabı ilə üstələyib. O, 1/4 finalda avstraliyalı Justis Huni ilə üz-üzə gələcək.
 
Digər iki boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) isə 1/8 finalda məğlub olublar.
 
Qeyd edək ki, dünya çempionatında 1/4 final mərhələsinin görüşləri bu gün keçiriləcək. Azərbaycanın hər iki boksçusu rinqə axşam sessiyasında çıxacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord